Nadir Şahın qılıncı oğurlandı

Nadir Şahın qılıncı oğurlandı

Dağıstanın Kubaçi kəndində muzeydən 90 qiymətli eksponat oğurlanıb.

Kubaçi İncəsənət Kombinatı”ndan   oğurlanan eksponatlar arasında Azərbaycan və İranın şahı Nadir Şahın qiyməti “qara bazar”da 1-2 milyon dollardan başlayan qılıncı, o cümlədən qədim daması da var.

Dağıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, naməlum şəxs giriş qapısını qıraraq muzeyə daxil olub.

Qiymətli eksponatların saxlandığı muzeydə siqnalizasiya sistemi və peşəkar mühafizəçilər olmayıb.

nadir-shahin-qilinci