Myanmadakı vəziyyət vətəndaş müharibəsinə çevrilə bilər – BMT

Hərbi çevrilişdən sonra Myanmada vəziyyət misilsiz miqyasda vətəndaş müharibəsinə çevrilə bilər.

AzerTimes-ın məlumatına görə, bunu BMT Təhlükəsizlik Şurasının Myanmadakı vəziyyətə dair qapalı məsləhətləşmələrində çıxışı zamanı BMT Baş katibinin Myanma üzrə xüsusi elçisi Kristin Şraner Burqener deyib.

Xüsusi elçi bildirib: “Myanmanın şərq və qərb sərhədləri boyunca yerləşən etnik silahlı təşkilatlar getdikcə daha çox hərbi qəddarlığa qarşı çıxırlar. Hərbi qəddarlıq çox güclüdür və bir çox etnik silahlı təşkilat müxalifətin tərəfini tutur, bu isə misilsiz miqyasda vətəndaş müharibəsi ehtimalını artırır”.


Onun sözlərinə görə, fevralda baş verən hərbi çevrilişdən Sonra Myanmada 5 200-dən artıq insan ölüb: “Fevral ayının əvvəlindəki çevriliş cəhdindən bəri 5 200-dən çox insan öldürülüb. Myanmada mülki vətəndaşlara qarşı geniş və sistemli hücumlar gözümüzün qarşısında baş verir. Bu, ölkədəki böhranın həll edilməsinin vacibliyini açıq şəkildə göstərir”.