Müxtəlif nəqliyyat növləri ilə yükdaşımaların həcmi açıqlanıb

Xəbər - Sədrəddin Ağcayev – AzerTimes:

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq 124,4 milyon ton təşkil edib.

AzerTimes bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Hesabata əsasən, daşınan yüklərin 57 faizi avtomobil, 31,9 faizi boru kəməri, 7,8 faizi dəmiryol, 3 faizi dəniz, 0,3 faizi isə hava nəqliyyatı ilə daşınıb.

Yanvar-avqust aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə sərnişindaşımalar 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz azalaraq 744,5 milyon nəfər təşkil edib. Bunun 95,8 faizi avtomobil, 3,9 faizi metro, 0,3 faizi digər nəqliyyat növlərinin payına düşüb.

Hesabat dövründə dəmiryol nəqliyyatı ilə 9,6 milyon ton yük, 1,533 milyon nəfər sərnişin daşınıb. Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 3,695 milyon ton təşkil edib.

Avtomobil nəqliyyatı ilə hesabat dövründə 71,1 milyon ton yük, 713,6 milyon nəfər sərnişin daşınıb. Hava nəqliyyatı ilə isə 318,9 min ton yük, 687,2 min sərnişin daşınıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)