Müxalifət Məhsul stadionunda mitinq keçirməkdədir

Müxalifət Məhsul stadionunda mitinq keçirməkdədir

Bakının “Ərzaq meydanı” kimi tanınan ərazisinin qarşısında – “Məhsul” stadionunda milli-demokratik müxalifətin mitinqi keçirilir.

Mitinqin təşkilatçısı Əli Kərimlinin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.

“Ərzaq meydanı”nda müxalifətin mitinqinə gələnlərin sayı nisbətən azdır.

Milli Şuranın mitinqi şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur. Polis mitinqin keçirilməsinə mane olmur, ancaq stadiona girənləri diqqətlə yoxlayır.