Mustafa Şentop İlham Əliyev və Sahibə Qafarova ilə görüşdü

Mustafa Şentop İlham Əliyev və Sahibə Qafarova ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev bu gün (19 oktyabrın) Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İlk öncə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.