Müsəlman qadınlar üçün cinsi əlaqə bələdçisi kitabı

Müsəlman qadınlar üçün cinsi əlaqə bələdçisi kitabı

Müsəlman qadın ilk dəfə olaraq intim münasibət haqqında kitab yazıb.

“Halal seks bələdçisi” (The Muslimah Sex Manual: A Halal Guide to Mind Blowing Sex) kitabının elektron versiyası “Amazon”da satışa çıxıb. Şərti adı Umm Muladhat adlı müəllifin kitabı 12 dollaradır.

Müəllif anonimliyini qoruyub. 54 səhifəlik bələdçi kitabda intim nüasibət haqqında məsləhətlər verilir. Müəllif qeyd edir ki, qadınlara ancaq öz ərləri ilə cinsi münasibətdə olmaq tövsiyyə edilir. Bütün bu məsləhətlərinə baxmayaraq o artıq əxlaqsızlıqda ittiham edilib.

“Bir qadın dedi ki, bu qadınlara lazım deyil. Qızlar lazım olan hər şeyi analarından öyrənirlər. Amma mən inanmıram ki, hansısa ana öz qızı ilə mənim kimi açıq-aydın danışsın”, deyə o qeyd edib.