Müharibə cinayətkarı Araik Arutunyanın Rusiyaya səfəri çoxlu suallar doğurur – Araz Əlizadə

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan tərəfindən axtarışı elan olunmuş müharibə cinayətkarı Araik Arutunyanın Rusiyaya hansı statusda səfəri çoxlu suallar doğurur. Çünki qondarma “Dağlıq Qarabağ respublikası” yoxdur, heç kəs onu tanımayıb.

Bunu AzerTimes-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Rusiya özü də bu qondarma rejimi tanımayıb: “İndi sual yaranır Rusiyada onu hansı səviyyədə qarşılayıblar. Necə olur ki, İnterpola axtarışa verilmiş adam sakitcə Rusiyaya gedir və Rusiya onu həbs edib Azərbaycana vermir? Bu onu göstərir ki, Rusiya öz sülhməramlı missiyasında səmimi deyil. Çünki səmimi olsaydı İnterpolun axtarışına verilmiş adam həbs edilməli idi. O hərbi cinayətkardır, həm separatçıdır, həm də Azərbaycanın şəhərlərinin raket atəşinə tutulmasına əmr verib. Belə olan halda o mütləq həbs edilməli və ədalət məhkəməsi qarşısında cavab verməlidir. Onun Rusiyada kimlərlə görüşməsi müəmmalıdır”.

A.Əlizadə qeyd edib ki, belə bir səfərin təşkil olunması separatçıların dəyirmanına su tökür, ermənilərə işləyir.

Teqlər: