Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir – Nazir

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq elə də asan məsələ deyil.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bir həftə ərzində 6 milyondan çox uşaq və müəllim dərslərə qatılıbsa, bu elə də az nəticə deyil:

“Biz bütün məsələləri addım-addım həll etməliyik. Bizim ilkin məqsədimiz ondan ibarət idi ki, şagird və müəllim elektron qeydiyyatdan keçsin və daha sonra onları izləyə bilər. Bir həftə ərzində 6 mlyon 200 min dərs verə bilmişiksə, demək uşaqlar və müəllimlər ekranın o tərəfində olublar”.

Nazir əlavə edib ki, hər bir şagird və müəllim öz məsuliyyətini dərk etməlidir.

Teqlər: