Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu öldü

Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu öldü

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalova ağır itki üz verib.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, Yavər Camalovun oğlu Rövşən Camalov bir neçə saat bundan əvvəl Türkiyədəki xəstəxanalardan birində dünyasını dəyişib.

Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Mərhumun cənazəsi Bakıya sabah gətiriləcək. R. Camalovun nə vaxt dəfn ediləcəyi məlum deyil.