Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibəti ilə İkinci Fəxri Xiyabanı ziyarət edib (FOTO)

Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı münasibəti ilə Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri Xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Teqlər: