General İrana səfərə yollandı

General İrana səfərə yollandı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə naziri general-mayor Hüseyn Dehqanın dəvəti ilə bu gün aprelin 15-i İrana rəsmi səfərə yollanıb.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.