Moskva və Ankara Bakı ilə Yerevan arasında qarşılıqlı əlaqələrin normallaşmasına kömək etmək niyyətindədirlər – Lavrov

Moskva və Ankara birgə səylərlə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək niyyətindədirlər.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiya XİN başçısı qeyd edib: “Etimad tədbirlərini vurğulayaraq, münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək məqsədilə səylərimizi əlaqələndərmək üçün razılığa gəldik”.

Lavrov, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun ortalarında Şuşaya səfəri zamanı Azərbaycana səfərinin Bakı ilə Ankara arasındakı ikitərəfli münasibətlər çərçivəsində olduğunu qeyd etdi:

“Prezident Ərdoğanın Azərbaycana səfərinə gəlincə, bu, Türkiyə ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlər çərçivəsində bir səfər idi”.

S.Lavrov vurğulayıb ki, Azərbaycanla Ermənistanın arasında əməkdaşlığın əlavə sahələrindən biri də bu bölgədəki ticarət, iqtisadi, nəqliyyat əlaqələrinin bərpasına kömək etməkdir.

Teqlər: