Monteneqro sərhədlərini bağlamağı planlaşdırmır

Monteneqro rəhbərliyi sərhədlərini bağlamağı planlaşdırmır və aktiv şəkildə turizm mövsümünə hazırlaşır.

AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Monteneqro iqtisadi İnkişaf nazirliyinin turizm üzrə dövlət katibi İvana Djuroviç deyib.

O bildirib: “Hazırda sərhədlərin bağlanacağını gözləmirik, turizm mövsümünə hazırlaşırıq. Peyvəndləmə prosesi intensivləşir və sərhədləri bağlamaq barədə düşünməyə əsasımız yoxdur”.


İ.Djuroviçin sözlərinə görə, hökumət epidemioloji vəziyyətin yaxşılaşacağına əmindir.

Teqlər: