“Monako” klubu Fransa futbol çempionatında “PSJ” məğlub edib

“Monako” klubunun futbolçuları Fransa Çempionatının 26-cı turunun səfər matçında “PSJ”ni 2-0 məğlub edib.

AzerTimes-ın məlumatına görə, qolları Sofian Diop (6-cı dəqiqə) və Qilyermo Maripan (51-ci dəqiqə) vurublar.

“Monako” 20 mart 2016-cı ildən bəri ilk dəfə “PSJ” üzərində səfərdə qələbə qazanıb, “Park de Prens”dəki keçirilən həmin görüş 2:0 hesabı ilə başa çatıb.

Beləliklə, “Monako” klubu Fransa çempionatında məğlubiyyətsiz seriyasını 11 matça qədər uzadıb.

Teqlər: