Moldova prezidenti Bakıda

Moldova prezidenti Bakıda

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Moldova Respublikasının dövlət başçısı İqor Dodonun geniş tərkibdə görüşü olub.

Daha sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

İqor Dodonun şərəfinə rəsmi nahar verilib.

Saat 11:07 ▼

Azərbaycanda rəsmi səfərdə olan Moldova Respublikasının prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Moldova Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev moldovalı həmkarını qarşılayıb. Hər iki dövlətin himni səslənib.

Moldova Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident İqor Dodona, Moldova nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub.

moldova-azerbaycan