Moderna Kanadaya peyvənd tədarükünü 8,5 milyon doza qədər artıracaq

Amerikan “Moderna” şirkəti Kanadaya yeni koronavirusa qarşı peyvənd tədarükünü 8,5 milyon doza çatdıracaq.

Trend TASS-a istinadən xəbər verir ki, Kanadanın ictimai işlər və tədarük naziri Anita Anand ölkənin iyun ayında bu təchizatçıdan 7,1 milyon doza peyvənd alacağını bildirib.


Ölkənin Səhiyyə nazirliyinin son məlumatlarına görə, hazırda 12 yaşdan yuxarı 24,8 milyon sakin (əhalinin 74,3 faizi) artıq aşılanıb. Kanadaya müxtəlif istehsalçılardan 33 milyon doza koronavirus peyvəndi çatdırılıb ki, bunun da 30 milyondan çoxu istifadə edilib.