Mkrtiçyan şəxsən mənə işgəncə verib – Əsirlikdə olan şəxs

Xəbər - Samir Əli, Elçin Mehdiyev – AzerTimes:

Biz atəşkəs dövründə, 1999-cu ildə əsir düşmüşdük, erməni əsirliyində olarkən Mkrtiçyan Lüdvik Mkrtiçoviç şəxsən mənə işgəncə verib.

AzerTimes-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Qarabağda azərbaycanlı əsirlərə işgəncə verən erməni terrorçular Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi zaman zərərçəkmiş kimi tanınan Qərib Rövşənoğlu deyib.

Q.Rövşənoğlu bildirib ki, Lüdvik Mkrtiçyanın verdiyi işgəncələrin izləri hələ də qalmaqdadır:

“Hazırda bədənimdə həmin işgəncələrin izləri var. Sinəm qırıqdı, başımda əziklər var. Çoxlu işgəncələrə məruz qalmışam. Ona görə də mən buradayam. Lüdvik Mkrtiçyan məni görən kimi tanıdı.

O həm orada azərbaycan dilində tərcüməçi işləyirdi, həm də bizə işgəncə verirdi. Bu gün o məhkəmədə deyir ki, azərbaycan dilində bilmir, amma əsirlikdə olanda bizimlə azərbaycan dilində danışırdı”.

Teqlər: