Misirdə yaşayış binası çöküb – Ölənlər var

Xəbər - Orxan Nəbiyev – Trend:

Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binası çöküb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.


Hadisə səhər saatlarında baş verib. Dağıntılar arasında sakinlərin qaldığı ehtimal edilir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.