Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb

Misirdə mikroavtobus və yük maşını toqquşub.

Trend Gazeta.ru-ya istinadən xəbər verir ki, nəticədə 18 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəza Qiza əyaləti ilə Qahirənin cənubunda yerləşən Beni Suef vilayəti arasındakı magistral yolda baş verib. Hər iki avtomobil yoldan çıxıb, yük maşını aşıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Teqlər: