Misirdə iki qatarın toqquşması nəticəsində 32 nəfər ölüb

Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, hadisə paytaxt Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 təcili yardım maşını cəlb edilib.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.