Misirdə binanın çökməsi nəticəsində ölənlərin sayı artır

Misirin paytaxtı Qahirədə 10 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, dağıntılar arasında axtarışlar davam etdirilir. Ölü sayının artacağı istisna olunmur.

Hazırda azı 30 nəfərin xəsarət aldığı deyilir.


İlkin ehtimallara görə, binanın çökməsinə əlavə mərtəbələrin tikilməsi səbəb olub. Prokurulouq hadisə ilə bağlı cinayət işi aparır.