MİQ üzrə 62 mindən çox namizəddən yalnız 3567-si uğur qazandı

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak etmək üçün 62 min 242 namizəd müraciət edib.

AzerTimes xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli məlumat verib.

Onun sözlərinə görə, onlardan 60 min 627 nəfəri elektron ərizəsini təsdiq edib: “59 min 153 namizədə test imtahanı mərhələsində iştirak imkanı yaradılıb. Onlardan 46 min 930 nəfəri test mərhələsində iştirak edib. 4793 namizəd elektron yerləşdirmə nəticəsində uğur qazanıb. Onlardan 4505-i müsahibə mərhələsində iştirak üçün müraciət edib, yalnız 4024 namizəd müsahibə mərhələsinə qatılıb. Müsahibədə uğur qazanan namizədlərin sayı isə 3567 nəfər olub”.


Twitter:@cingizsafarli

Teqlər: