Minnesotada atışma olub, yaralananlar var

ABŞ-ın Sent-Pol şəhərində (Minnesota ştatı) atışma baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə şəhərin polis departamentinin “Twitter” hesabındakı açıqlamada deyilir.

Məlumata əsasən, atışma nəticəsində bir neçə nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.


Bildirilir ki, hazırda insidentlə əlaqədar araşdırma aparılır.

Digər təfərrüatlar barədə məlumat verilmir.