Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində “Mercedes”, “Mitsubishi” və “ВАЗ” markalı üç minik avtomobili toqquşub.

FHN-dən AzerTimes-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: