Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın olub

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: