Minaya düşən hərbi qulluqçumuz şəhid olub

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Ordusunun hərbçisi mina partlayışı nəticəsində şəhid olub.

Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.

Teqlər: