Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın sülhməramlı missiyasına da təsir göstərir – Ekspert

Xəbər - Cani Babayeva – AzerTimes:

Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına da təsir göstərir.

Bunu AzerTimes-ə rusiyallı ekspert, tarix elmləri namizədi Natalya Yeryomina deyib.

O bildirib ki, mina sahələrinin xəritəsi olmadan ərazini stabilləşdirmək və regionda əlaqələrin bərpa olunması yönündə irəliləmək mümkün olmayacaq.

Ekspert Ermənistanın mina xəritələrini verməməsini ciddi problem adlandırıb:

“Minalanmış ərazilərin xəritəsinin olmaması Rusiyanın sülhməramlı missiyasına da təsir edir. Fikrimcə, Rusiya tərəfi öz tapşırıqlarını yerinə yetirə bilmək üçün minalar barədə məlumatları almaqda maraqlıdır”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: