Millimiz qələbə qazandı

Millimiz qələbə qazandı

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında ikinci tur keçirilib.

İlk oyunda Kamerunla qolsuz bərabərliyə razılaşan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə sayəsində xalını 4-ə çatdıran millimiz qrupda liderliyi ələ keçirib.

Qrupun digər oyununda isə Kamerun Mərakeşlə heç-heçəyə razılaşıb – 1:1.

B qrupunda isə Türkiyə Omana uduzub, Əlcəzair isə Fələstindən üstün olub.