Milli yığmamızın güləşçisi cinayətə görə axtarışa verildi

Milli yığmamızın güləşçisi cinayətə görə axtarışa verildi

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib.

O, Abdulbasir Ömərov adlı şəxsin öldürülməsində günahlandırılıb.

Qeyd edək ki, Abdulbasir Ömər iyunun 23-də Mahaçqalada qətlə yetirilib. O, “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəisi Məhəmmədrəsul Ömərovun qohumuduru.

Xatırladaq ki, 97 kq çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır.