Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ötən il milli parkların ərazisində qanun pozuntusuna yol verən şəxslərdən 13 ədəd odlu silah götürülüb.

AzerTimes-ın məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.

Onun sözlərinə görə, ötən il xüsusi mühafizə olunan təbiət ərazilərində qanunsuz ovla əlaqəli 31 protokol və 27 akt tərtib olunub.

Teqlər: