Milli parklarda piknik nöqtələrinin sayı artırılıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Milli parklarda piknik etmək olar, bunun üçün parklarda turist marşturları üzrə piknik nöqtələri də yaradılıb.

AzerTimes-ın məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.

Onun sözlərinə görə, piknik nöqtələrinin sayı ötən ilə nisbətən daha da artırılıb.

F.Əliyev qeyd edib ki, Nazirlər Kabineti tərəfindən milli parklara giriş üçün 2 manat müəyyən edilib. Bu vəsait hər bir mili parkın xüsusi fondunda toplanır və parkın imkanlarının yaxşılaşdırılmasına sərf edilir.

Teqlər: