Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

Xəbər - Humay Ağacanova – Trend:

Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

MPK-dan Trend-ə verilən məlumata görə, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.

Eyni zamanda, məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.


Məşqçilər şurasının sədri Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.

Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.

Teqlər: