Milli Məclisin Sədri Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Milli Məclisdən AzerTimes-a bildirilib ki, Sahibə Qafarova burada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.

Sonra parlamentin Sədri və nümayəndə heyətinin üzvləri səfirlik əməkdaşları ilə tanış olaraq onlar üçün burada yaradılmış şəraitlə yaxından maraqlanıblar.

Milli Məclisin Sədri səfirlikdəki xatirə kitabına öz ürək sözlərini yazıb.

Teqlər: