Milli Məclisin İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib (ƏLAVƏ OLUNUB)

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Milli Məclisin İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

AzerTimes-ın məlumatına görə, məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

XXX

12:01

Milli Məclisin İntizam komissiyası Baş prokurorluğun müraciətinə baxır.

AzerTimes-ın məlumatına görə, hazırda komissiyanın iclası keçirilir.

İclasa polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Baş prokuror Kamran Əliyevin Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Teqlər: