Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Mayın 9-da Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü və son günü start götürüb.

AzerTimes-ın məlumatına görə, yarışların üçüncü günündə fərdi proqramda ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Qeyd edək ki, Azərbaycan gimnastı Zöhrə Ağamirova lentlə hərəkətlərdə finala yüksəlib.

Bundan başqa, qrup hərəkətləri proqramında da finallar baş tutacaq. Azərbaycanın qrup komandası üç halqa və iki cüt gürzlə hərəkətlərdə finalda iştirak edəcək

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: