Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, fərdi proqramda gürzlərlə və lentlə hərəkətlərdə, qrup proqramında 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə medal qazanan gimnastlar mükafatlandırılıb.

Gürzlərlə fərdi hərəkətlərdə birinci yeri Linoy Aşram (İsrail), ikinci yeri Boryana Kaleyn (Bolqarıstan), üçüncü yeri Lala Kramarenko (Rusiya) tutublar.

Lentlə fərdi hərəkətlərdə birinci yeri Boryana Kaleyn (Bolqarıstan), ikinci yeri Alina Qarnasko (Belarus), üçüncü yeri Katrin Taseva (Bolqarıstan) qazanıblar.


Üç halqa və iki cürt gürzlə qrup hərəkətlərində Bolqarıstan komandası birinci olub. İtaliya komandası ikinci, Belarus komandası isə üçüncü yerdə qərarlaşıb.

Gimnastlar dron vasitəsilə mükafatlandırılıb. Bədii gimnastika üzrə Dünya Kuboku başa çatıb.

(Foto: Zaur Mustafayev. Tərcümə: Orxan Nəbiyev)

Teqlər: