Millət vəkili Pərvin Kərimzadənin şəhid ailələri və qazilərlə görüşləri davam edir (FOTO)

Milli Məclisin deputatı Pərvin Kərimzadə mütəmadi olaraq Gəncə şəhərindən II Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrini, qazilərimizi ziyarət edir, onların problemləri ilə yaxından tanış olur.

Hər görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından, igid, mərd əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılıb.
Ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğulları Oktay Məmmədov, Tağı Əsgərov, Oruc Vəliyev və Vidadi İsrafilovun ailəsini ziyarət edən millət vəkili Pərvin Kərimzadə bildirib ki, tarix yazan, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın adları Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Görüşlərdə şəhid ailələri və qazilərimizin hər zaman dövlət tərəfindən qayğı ilə əhatə olunduğu xüsusilə vurğulanıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin diqqət mərkəzində saxlanıldığı, həlli istiqamətində mühüm işlərin görüldüyü qeyd edilib.

Şəhid ailəsi üzvləri, qazilər onlara göstərilən diqqətə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Teqlər: