Millət vəkili Naqif Həmzəyev seçicilərlə növbəti görüşünü keçirib (FOTO)

Milli Məclisin deputatı Naqif Həmzəyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Mütəmadi olaraq seçicilərlə görüşən, www.hamzayev.az saytı vasitəsi ilə əlaqə saxlayan, onların qayğıları ilə ətraflı maraqlanan Naqif Həmzəyev qəbula gələn vətəndaşları, qazi və şəhid ailələrini ayrı-ayrılıqda qəbul edib, arzu və təkliflərini, problemlərini dinləyib.

Təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.

Teqlər: