Millət vəkili Naqif Həmzəyev seçiciləri ilə görüşüb (FOTO)

Millət vəkili Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə bir araya gəlib.

Ənənəvi olaraq keçirilən qəbulda vətəndaşlar sosial problemlərinin həlli, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması, tibbi yardım, məşğulluq məsələləri və fəxri adların verilməsi kimi məsələlərlə Naqif Həmzəyevə müraciət ediblər.

Vətəndaşları diqqətlə dinləyən deputat səsləndirilən müraciətlərin tez bir zamanda müsbət həlli üçün adiyyatı qurumları məlumatlandıracağını bildirib. Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb.

Teqlər: