“Milan” Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını açıqlayıb

İsveçli hücumçu Zlatan İbrahimoviç İtaliyanın “Milan” futbol klubu ilə müqaviləni yeniləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Məlumata əsasən, 39 yaşlı oyunçu ilə yeni müqavilə bir mövsüm uzadılıb.

Z.İbrahimoviç “Milan”da 2020-ci ildən bəri oynayır, bundan əvvəl o 2010-2012-ci illərdə komandanı təmsil edib.

Teqlər: