Milan İbrahimoviçlə müqaviləsini 1 mövsümlük uzatdı

Milan İbrahimoviçlə müqaviləsini 1 mövsümlük uzatdı

Hücumçu Zlatan İbrahimoviç Milan’la yeni müqavilə bağlamağa razı olub.

38 yaşlı forvard bir mövsümlük müqavilə bağlayacaq. Onun illik maaşı 7 milyon avro təşkil edəcək. Bonuslar sazişə daxil deyil.

Qeyd edək ki, Zlatan Milan’a 2020-ci ilin yanvarında qayıdıb, 18 matç keçirib və A seriyasında 10 qol vurub və Milan’a 13 matçı məğlubiyyətsiz keçirməkdə kömək edib.