“Microsoft” şirkəti Windows əməliyyat sisteminin bulud versiyasını təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası Windows 365 adı alan əməliyyat sisteminin bulud versiyasını təqdim edib.

AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

Qeyd olunub ki, Windows 365 istifadəçilərin tətbiqlərinə və məlumatlarına uzaqdan və istənilən cihazdan daxil olması üçün nəzərdə tutulub.

Xüsusilə, bu, əməkdaşları məsafədən işləyən şirkətlərin rahat fəaliyyətini təmin etmək üçün hazırlanıb.

Müəssisələr bu ilin avqustun 2-dən etibarən bulud əməliyyat sisteminə giriş əldə edəcəklər/