Metroda kişi qatar yoluna yıxılıb

Dünən axşam saatlarında metronun “Koroğlu” stansiyasında təxminən 30 yaşında kişi qatar yoluna yıxılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov AzerTimes-a bildirib ki, dərhal qatar yolunda yüksək gərginlik dayandırılıb, sözügedən şəxs polis əməkdaşlarının və metro işçilərinin köməyi ilə yoldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Onun həyatına hər hansı təhlükə yaranmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: