Mesut Özil İstanbula gədir: “Fənərbağça”dan AÇIQLAMA

Mesut Özil İstanbula gədir: “Fənərbağça”dan AÇIQLAMA

“Arsenal”ın yarımmüdafiəçisi Mesut Özilin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib.

Yenicag.az xəbər verir ki, “Fənərbağça” klubu rəsmi saytı vasitəsilə ulduz futbolçu ilə transfer görüşlərinə başlanıldığını bəyan edib.

Türkiyədə adətən bu cür bəyanatın futbolçunun transferinin həll olunduğu zaman yayıldığını nəzərə alsaq, yalnız rəsmi sözləşməyə qol çəkməyin qaldığını söyləmək olar. Həmçinin Özil özü də NTV kanalına açıqlamasında keçidi təsdiqləyib.

33 yaşlı pleymeyker bu gün İstanbula yollanacağını söyləyib: “Fənərbağça”ya keçəcəyim üçün çox xoşbəxtəm. “Fənərbağça”lı olaraq o formanı geyinməyi Allah mənə nəsib etdi. Bu klub üçün əlimdən gələni edəcəyəm. Bu axşam ailəmlə birlikdə İstanbula gələcəyəm”.

Özil sosial şəbəkə vasitəsilə mövsümün sonuna qədər “sarı-lacivərdlilər”də 67 nömrəli formanı geyinəcəyinə işarə vurub. Bu transferdə böyük rol oynayan tanınmış iş adam Acun İlıcalı ulduz futbolçunu qarşılamaq üçün Dominikan Respublikasından Türkiyəyə qayıdıb.

Qeyd edək ki, Mesut Özil “Fənərbağça” ilə 3,5 illik müqavilə imzalayacaq.

Teqlər: