Messiyə 500 milyon avroluq transfer təklifi gəldi

Messiyə 500 milyon avroluq transfer təklifi gəldi

İngiltərənin “Mançester Siti” futbol klubu İspaniya “Barselona”sının hücumçusu Lionel Messiyə 500 milyon avro təklif etməyə hazırdır.

Mənbənin məlumatına görə, 33 yaşlı argentinalı ilə müqavilə beş il müddətinə bağlanacaq. Futbolçunun illik maaşı 50 milyon avro təşkil edəcək.

Qeyd edilir ki, Messi üç ili İngiltərə Premyer Liqasında keçirəcək, daha sonra 2023/24 mövsümündə “Nyu-York Siti” klubuna qoşulacaq. O, Əsas Futbol Liqasına (MLS) keçid üçün 250 milyon avro bonus alacaq.

Xatırladaq ki, daha əvvəl Lionel Messi “Barselona”dan ayrılmaq qərarına gəldiyini açıqlamışdı.