Messi qol sayına görə Ronaldunu keçdi

Kataloniya “Barselona”sının hücumçu Lionel Messi İtaliya “Yuventus”unda çıxış edən Kriştianu Ronaldunu penaltidən vurulanlar nəzərə alınmamaqla, qol sayında üstələyib.

AzerTimes-ın məlumatına görə, argentinalı karyerasındakı qol sayını 734-ə çatdırıb. Bunların 97-si penaltidən, 637-si adi oyun vəziyyətində vurulub. Ronaldunun aktivində isə 770 qol var – bunların 635-i oyun vəziyyətində, 135-i penaltidən vurulanlardır.

Daha əvvəl Messinin bir çempionatda vurulan qol saylarına görə Pelenin rekordunu təkrarladığını bildiriblər. “Barselona” hücumçusu La Liqada, Pele isə Braziliya çempionatında – hərəsi 467 qol vurublar.

Xatırladaq ki, futbolçunun “Barselona” ilə müqaviləsi cari ilin yayənda bitir, yenisi isə hələ imzalanmayıb.

Teqlər: