Məşhur media holdinqin sahibi vəfat edib – FOTO

Britaniyalı milyarder və “Telegraph Media Group” media holdinqinin rəhbəri Devid Barkli vəfat edib.

AzerTimes “Daily Telegraph”a istinadla xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib.

Devid Barkli 1960-cı illərin əvvəllərində əkiz qardaşı Frederiklə birlikdə binaların təmiri, alqı-satqısı və kirayəsi ilə məşğul olub. Daha sonra onlar mehmanxana və pərakəndə ticarətdə böyük qazanc əldə etdilər.

Barkli qardaşları 2004-cü ildə “Daily Telegraph” və “Sunday Telegraph” qəzetlərinin, eləcə də “The Spectator” ictimai-siyasi jurnalının daxil olduğu “Telegraph Media Group”un alınması ilə biznes imperiyalarını genişləndiriblər.

“Daily Telegraph”ın əsası 1855-ci ildə qoyulub. Qəzet bu günə kimi Mühafizəkarlar Partiyasına sadiq münasibəti ilə tanınır.

azertimes.az