“Mercedes” 264 mindən artıq avtomobili geri çağırır

Almaniyanın “Mercedes-Benz” şirkəti alovlanmaya səbəb ola biləcək qüsur səbəbindən 264 mindən artıq avtomobili geri çağırır.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin mətbuat xidmətindən bildiriblər.

Alman Federal Avtomobil Nəqliyyatı İdarəsindən verilən məlumatına əsasən, geri 2016-2020-ci illərdə istehsal edilən 264 393 ədəd “C-” və “GLC-” sinfinə aid avtomobillər çağırılır.

Bildirilir ki, geri çağırılan avtomobillərin 120 766 ədədi Almaniyadadır.