Mərakeşdə koronavirusa yoluxanların sayı 520 minə çatır

Mərakeşdə ötən sutka ərzində koronavirusa 108 yeni yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 519 216 nəfərə çatıb.

Məlumata əsasən, son sutka ərzində koronavirusdan 4 nəfər ölüb, ölənlərin ümumi sayı 9 147 nəfər təşkil edir.

Bildirilir ki, Mərakeşdə hazırkı dövrədək koronavirusa yoluxanlardan 507 125 nəfəri sağalıb.