Məktəblərdə müəllim və texniki heyətin 55 faizi vaksin olunub

Xəbər - İlhamə İsabalayeva – Trend:

Artıq məktəblərdə müəllim və texniki heyətin 55 faizi vaksin olunub.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, martın 1-dən təhsil işçilərinin vaksinasiyasına başlanılıb.

V.Yaqublu qeyd edib ki, iki dəfə qismən də olsa, əyani tədris formasına qayıdıldı: “Lakin çox sadə qoruma vasitələrindən istifadə etməməyimiz vəziyyəti gərginləşdirdi. Biz şagirdlərimizə və cəmiyyətimizə sadə qorunma üsullarından istifadə etməyi təlqin etməliyik”.

Teqlər: